Megapolis Park Azərbaycanda sürücülər və avtomobil sahibləri üçün xüsusi xidmətlər təklif edən aparıcı taksi parkıdır. Bizim əsas məqsədimiz sürücülər üçün yüksək gəlirli iş şəraiti, sahibkarlar üçün isə sabit və etibarlı gəlir mənbəyi təmin etməkdir. Megapolis Park ailəsinə qoşulmaqla, siz həm əməkdaşlıqdan maksimum fayda əldə edəcək, həm də işinizi peşəkarlara etibar edəcəksiniz.

Əgər sahibkarsınızsa, bir və daha artıq avtomobilləriniz varsa və idarəetmədə çətinlik çəkirsinizsə, o zaman bu işi bizim peşakar komandaya həvalə edin! Biz sizə bir neçə idarəetmə üsullarını təqdim edirik:

1) Öz FLEET-ini aç və hər ay stabil gəlir əldə etHər avtomobildən qazanc əldə edə bilərsiniz. Xüsusi izləmə paneli vasitəsi ilə siz sürücülərinizə rahat şəkildə nəzarət edə bilərsiniz. Nəzərinizə çatdıraq ki, siz qazancınızı istənilən vaxt mobil tətbiq vasitəsi ilə bank hesabınıza köçürə bilərsiniz. Biz sizə aşağıda qeyd etdiyimiz dəstəyi verəcəyik:

– Avtomobillərin sürücülər ilə təmin olunması

– Avtomobillərə reklam icazə sənədinin alınamsı- 7/24 texniki dəstək

– Hüquqi dəstək- Hər bir avtomobil üçün xoş gəldin bonusu

2) Avtomobillərinizi komandamıza nəzarətə verməklə hər ay stabil gəlir əldə edin. Əgər avtomobilləriniz taksi fəaliyyəti üçün uyğundursa, o zaman aylıq yekun qazancınızın 10%-ni xidmət haqqı ödəməklə nəzarəti bizə həvalə edin. Peşakar komandamız yuxarıda qeyd etdiyimiz dəstəyi göstərərək sizə rahat qazanc imkanı yaradacaq.